Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 22:45
Misir müxalifəti tərəfdarlarını yenidən kütləvi etiraz aksiyalarına çağırıb.
Misir prezidenti Mohammad Morsi bundan əvvəl səlahiyyətlərinin genişləndirilməsi ilə bağlı verdiyi fərmanı ləğv etsə də yeni konstitusiya layihəsi ilə bağlı dekabrın 15-nə nəzərdə tutulmuş referendumu təxirə salmayıb.

Əsas müxalifət partiyası olan “Milli qurtuluş cəbhəsi” nin lideri Ahmed Said bildirib ki, yeni konstitusiya layihəsi bütün vətəndaşların maraqlarını əks etdirmir və belə bir referendumun keçirilməsi xalqa qarşı müharibə aktıdır.

Müxalifət Morsi və onun təmsil olunduğu “Müsəlman qardaşları” hərəkatını özlərinə müvafiq konstitusiya hazırlamaqda və hakimiyyəti zəbt etməkdə günahlandırır.

Günün bütün mövzuları

XS
SM
MD
LG