Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 12:56

«Naxçıvanda 217 əcnəbi aşkarlanıb»


-

Tənqidi jurnalistikadan, müxtəlif fikirləri əks etdirən məqalələrdən, debat və müzakirələrdən təngə gəlmisənsə, «Şərq qapısı» qəzetini oxu!

31 iyul 2012-ci il. Sayı: 142(20.547)


İLKİN ŞƏHƏR VƏ DUZDAĞ

Tarix elmləri doktoru, professor Hacıfəxrəddin Səfərlinin və AMEA-nın müxbir üzvü Hacı Qadir Qədirzadənin sədrliyi ilə keçirilən «Naxçıvan Duzdağı və duzun əhəmiyyəti» mövzusunda dördüncü bölmə iclasında ilk məruzəni «Duzdağında duzun çıxarılması və mübadiləsi: daş alətlərin tədqiqi» mövzusunda Amerika Birləşmiş Ştatlarından simpoziuma qatılan alim Karoline Hamon edib.

İclasa Türkiyədən gəlmiş alimlərdən Güzin Sürhan Bellinin, Yaşar Kalafatın məruzələri də iştirakçılar tərəfindən maraqla qarşılanıb. Bundan başqa, AMEA-nın müxbir üzvü, professor Vəsli Hüseynov, tarix üzrə fəlsəfə doktoru Bəhlul İbrahimli, tarix elmləri doktoru, professor Hacıfəxrəddin Səfərli də müzakirə edilən mövzu ilə bağlı əsaslı faktlarla zəngin məruzələrlə çıxış ediblər. Duzdağ Fizioterapiya Mərkəzinin baş həkimi Ruslan Süleymanovun, AMEA-nın müxbir üzvü Hacı Qadir Qədirzadənin və başqalarının məruzələri də bölmə iclasında əhəmiyyəti ilə seçilib.

İLK ALTI AYIN YEKUNLARI MÜZAKİRƏ OLUNUB

Qeyd olunub ki, Dövlət Miqrasiya Xidmətinə ümumilikdə müvəqqəti yaşama icazəsi ilə bağlı 511 müraciət daxil olub. Həmin müraciətlərdən 357-si icra edilib, 144-ü isə icraatdadır. On müraciətə imtina qərarı verilib. Muxtar respublika ərazisində haqqı ödənilən əmək fəaliyyətini həyata keçirməyə icazə verən rəsmi sənəd – icazə ilə bağlı 482 müraciət daxil olub. Bunlardan 416-sı icra edilib, 57-si icraatdadır. Doqquz müraciətə imtina qərarı verilib. Vətəndaşlıq mənsubiyyətinin müəyyənləşdirilməsi ilə bağlı 49 müraciət daxil olub. Bunlardan 46-sı mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq cavablandırılıb. Üç müraciət hazırda araşdırılır. Muxtar respublika ərazisində qanunsuz yaşayan və qanunsuz əmək fəaliyyəti, eyni zamanda küçə ticarəti ilə məşğul olan 287 əcnəbi aşkarlanıb. Bu əcnəbilərdən 90-ı xidmət tərəfindən fərdi icazə ilə təmin edilib, 18-i cərimələnib. Ölkə ərazisində qanunsuz yaşadığına görə 29 nəfər inzibati qaydada ölkədən çıxarılıb. Hesabat dövründə ümumilikdə dövlət büdcəsinə 247 min 910 manat məbləğində vəsait köçürülüb.
XS
SM
MD
LG