Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 20:19

RATİ əməkdaşı Naxçıvanda polisə aparıldığını deyir


Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutun (RATİ) Naxçıvan bölməsinin əməkdaşı Həkimeldostu Mehdiyev
Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutun (RATİ) Naxçıvan bölməsinin əməkdaşı Həkimeldostu Mehdiyev
-

Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutun (RATİ) Naxçıvan bölməsinin əməkdaşı Həkimeldostu Mehdiyevi dekabrın 9-da polis saxlayıb. Bu barədə AzadlıqRadiosuna o, özü məlumat verib.
«İndi məni Naxçıvan şəhər polis şöbəsinə aparırlar. Təxminən 15 dəqiqə əvvəl yol polisi məni saxladı. Rəsi müavini mənə dedi ki, şöbəyə gəlməlisən. İndi yanımda bir polis əməkdaşı da oturub məni aparırlar şəhər polisinə. Deyirlər ki, mən hansısa taksini vurmuşam. Amma mən heç bir avtomobili vurmamışam, nə də mənim maşınımı heç kim vurmayıb».

Həkimeldostu Mehdiyev polisə aparılmasını dekabrın 8-də Sədərək Gömrük keçid məntəqəsində baş verən hadisə ilə əlaqələndirir. Deyir həmin gün o, təzyiqlərə məruz qalan jurnalistlərə yardım edib:
«Bu sadəcə gömrükdə təzyiqlərə məruz qalan jurnalistlərə kömək etdiyim üçün edilən təzyiqdir».
ZƏRƏRÇƏKƏN SÜRÜCÜ NƏ DEYİR?
Polisə müraciət edən Qasım adlı şəxs hadisənin kim tərəfindən törədildiyini görməyib:
“Mən maşını saxladım keçdim binaya çıxanda gördüm ki, cızılıb. Mənim də maşınımın yanında bir qara “Mersedes” dayanmışdı. Polisə müraciət etdim, həm də mənim maşınımın yanında hansı maşının dayandığını onlara dedim”.
Həkimeldostu Mehdiyev isə hər hansı avtomobillə toqquşmadığını bildirir. O, polisə aparılmasını dekabrın 8-də Sədərək Gömrük keçid mətəqəsində baş verən hadisə ilə əlaqələndirir. Deyir həmin gün o, təzyiqlərə məruz qalan jurnalistlərə yardım edib.
Alkoqol testindən keçəndən sonra sərbəst buraxılan hüquq müdafiəçisi dekabrın 10-da yenidən polisə çağırılıb.
Naxçıvan şəhər polisindən hələki məsələyə hər hansı münasibət öyrənmək mümkün olmayıb.
GÖMRÜKDƏN ŞİKAYƏTÇİ OLAN SAHİBKARLAR HARDADIR?
Dekabrın 8-də Sədərək Gömrük keçid mətəqəsində saxlanılan sahibkar Məhəmməd Qurbanovla, köməkçisi Nadir Məmmədovdan bu vaxta qədər heç bir xəbər yoxdur.
Yaxınları hər iki şəxsin Sədərək rayon polis bölməsində saxlandığını bildirsələr də polis məlumatı təsdiqləmir. Polis rəisinin müavini məzuniyyətdə olduğundan məsələdən xəbərsiz olduğunu , növbətçi polis isə bölməyə elə adamların gətirilmədiyini bildirir:
“Burda heç kim saxlanmır”
Amma Məhəmməd Qurbanovun kürəkəni Toğrul Abbasov AzadlıqRadiosuna hər iki şəxsin Sədərək polisində saxlandığını iddia edir.
“Biz yerli hüquq müdafiəçiləri ilə birgə dekabrın 9-da saxlanan şəxslərə yemək aparanda onları polis bölməsinin pəncərəsindən gördük. Amma polisə deyəndəki onlara yemək gətirmişik bizi ərazidən uzaqlaşdırdılar. Bir də Məhəmməd Qurbanovun avtomobilini də polisin həyətindəidi. Bilmirəm onları bizdən niyə gizlədirlər. Bəlkə bədənlərində xəsarət izləri var, onu bizə göstərmək istəmirlər”.
Türkiyədən ərzaq məhsullarını gətirən sahibkar Məhəmməd Qurbanov bir gün əvvəl yerli jurnalistlərə müraciət edərək Sədərək gömrük keçid məntəqəsində ondan rüşvət istənildiyini deyib.
Sahibkarın müraciəti ilə bağlı gömrük məntəqəsinə gedən jurnalist və hüquq müdafiəçiləri bir qədər sonra Sədərək gömrüyündə hücumuna məruz qaldıqları barədə məlumat yayıblar.
Naxçıvan Muxtar Respublikasının Gömrük Komitəsindən AzadlıqRadiosuna belə bir hadisənin baş vermədiyini bildiriblər.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG