Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 12:07

Misir prezidenti güzəştə gedir


Dövlət kanalında çıxış edən Mohammad Morsi
Dövlət kanalında çıxış edən Mohammad Morsi
-
Misir prezidenti Mohammad Morsi səlahiyyətlərinin genişləndirilməsi ilə bağlı verdiyi fərmanı ləğv edib.

Amma o yeni konstitusiya layihəsi ilə bağlı dekabrın 15-nə nəzərdə tutulmuş referendumu təxirə salmayıb.

Bunu Morsinin nümayəndəsi müxalifət nümayəndələri ilə görüşdə deyib.

Müxalifət hər iki məsələnin ləğvini tələb edirdi.

Amma məlumatlarda prezident qərarlarının məhkəməyə çıxarıla bilməməsi ilə bağlı bəndin faktiki qüvvədə qaldığı bildirilir.

Yeni fərmanda həmçinin konstitusiya layihəsinin referendumda təsdiq olunmayacağı halda, təzə layihə hazırlamaq üçün yeni təsis yığıncağı yaratmaq nəzərdə tutulur.

Dünənki görüşü baykot edən əsas müxalifət koalisiyası olan “Milli qurtuluş cəbhəsi” bazar günü prezidentin yeni fərmanını müzakirə etməlidir.

Prezident Mohammad Morsinin noyabrın 22-də səlahiyyətlərini artırması və yeni konstitusiya layihəsinin qəbulu ölkədə kütləvi etirazla qarşılanıb.

Müxalifət Morsi və onun təmsil olunduğu “Müsəlman qardaşları” hərəkatını özlərinə müvafiq konstitusiya hazırlamaq və hakimiyyəti zəbt etməkdə günahlandırır.
XS
SM
MD
LG