Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 03:31

Sabirabadda saxlanılan AXCP üzvləri sərbəst buraxılıb


Sabirabadda AXCP üzvlərinin görüşü (Foto: Natiq Adilov)

Sabirabadda AXCP üzvlərinin görüşü (Foto: Natiq Adilov)

-
Sabirabad polisində saxlanılan AXCP mətbuat xidmətinin rəhbəri Natiq Ədilovla Gənclər Komitəsinin sədri Əbülfəz Qurbanlı sərbəst buraxılıb.
Natiq Ədilovun AzadlıqRadiosuna dediyinə saxlanılarkən onlar hər ikisi zorakılığa məruz qalıb:
“Bizi saxlayanda döydülər, çəkdiyimiz bütün şəkilləri pozdular. Amma içəridə hər hansı zorakılıq olmadı. Təxminən 1 saat şöbədə saxlanıldıq”.

AXCP FƏALLARINI POLİS SAXLAYIB
Bakıdan partiyanın rayon şöbələrinin müşavirəsinə gedən AXCP üzvlərini polis saxlayıb. Saxlananlar arasında partiya Ali Məclisinin sədri Həsən Kərimov da olub. O, bir qədər sonra sərbəst buraxılsa da partiyanın digər üzvləri- Natiq Ədilov, Əbülfəz Qurbanlı saxlanılıb.

Həsən Kərimovun dediyinə görə, saxlanan zaman hər iki şəxsə qarşı zorakılıq edilib:
«Mən polis idarəsində olanda partiyanın rayon təşkilatının qərargahı qarşısında qarşıdurma olub. Natiqlə Əbülfəzi vurublar, sonra idarəyə aparıblar. Sadəcə onlar qərargah qarşısında cəbhəçilərin şəkilini çəkəndə insident baş verib. Polislər onlara şəkil çəkməyə imkan verməyiblər. İndi onların buraxılmasını gözləyirik».
Həsən Kərimovun dediyinə görə, dekabrın 9-da onlar partiyanın Sabirabad, Saatlı və İmişli rayon şöbələrinin genişləndirilmiş müşavirəsində iştirak etmək üçün Muğan bölgəsinə səfərə gediblər:
«Sabirabadda müşavirə çətinliklə də olsa baş tutdu, amma gedəcəyimiz o biri rayonlardan partiya üzvləri zəng edib deyirlər ki, polis qərargahları əhatəyə alıb. Çox güman ki, növbəti görüşlərimiz baş tutmayacaq».
Sabirabad polisindən məlumatı təsdiqləməyiblər:
«Bizə heç kim gətirilməyib».
Həsən Kərimov isə Natiq Ədilovla Əbülfəz Qurbanlının polis şöbəsində olduğunu və hazırda rayon cəbhəçiləri ilə şöbəsinin qarşısında dayandıqlarını deyir.

Günün bütün mövzuları

XS
SM
MD
LG