Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 12:57

Sarmaşdı saçlarım sən gedən yola


Şəlalə Cavanşir
Şəlalə Cavanşir
-

Arazın o tayından


Şəlalə Cavanşir
(İran, Ərdəbil)


səni bir qaranlıq gecədə düşünürəm
Sən yasaq röyalarımda
Uzaq bir sevdasan
Saçlarımın alovunda

Həbs olunmuş günəşsən
Günəş.


Bizim şəhərdə sevinc də hüzün də bərabər yaşayır
Həm mutsuzluq tikanı bitir
Həm umud miməkləri
Bizim şəhər ağlayır
Hər damla göz yaşında
Bir hüzün var
Içində yanğın var
Özləm var
Özgürlük özləmi.


Ruhuma ağır ağır qar yağır
Bu gecə
Sevgin qədər soyuq
əllərin kimi bəyaz.


Söyləmişdin
Şəhərimizə qar yağan zaman
Bir qucaq sevgiylə gələcəksən
Şeytanlarla döyüşüb
Qaranlıq şəhərimizi işıqlandıracaqsan
Gəlmədin
Şəhərimiz işıqlanmadı
Şeytan üzlü insanlar
Güldü bizə
Və hər gecə dəhşətli
Gülüşlərin səsi duyuldu
Gəlmədin
Sarmaşdı saçlarım sən gedən yola.

http://www.facebook.com/shelale.cavanshir
XS
SM
MD
LG