Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 08:55

İctimai Palatanın üzvləri polis İdarəsinə çağrılıb


Foto arxiv
Foto arxiv
İctimai Palatanın üzvləri Bakı Şəhər Baş Polis İdarəsində çağrılıblar.
Buna səbəb palatanın dekabrın 10-a Milli Məclisin qarşısında piket keçirmək istəməsidir.
Bu barədə APA agentliyi İctimai Palatanın katibi və piketin təşkilat komitəsinin üzvü Gülağa Aslanlıya istinadla xəbər verir.

Onları Bakı Şəhər Baş Polis İdarəsinin rəis müavini Səhlab Bağırov və Bakı şəhər prokurorunun müavini Fazil Həsənəliyev qəbul edib və diqqətlərinə çatdırılıb ki, paytaxt rəhbərliyi piketin keçirilməsin əicazə vermədiyindən onun qarşısı alınacaq.
Bu vaxt baş verə biləcək neqativ hallara görə isə aksiya təşkilatçıları məsuliyyət daşıyacaq.

Piketin Təşkilat Komitəsinin üzvləri isə aksiyanı keçirməkdə israrlı olduqlarını və
Bakı Şəhər İcra Hakimiyyətinin cavabının hüquqi əsası olmadığını bildiriblər.

Qeyd edək ki, Müsavat Partiyası dekabr 10-da Milli Məclisin qarşısında piket keçirmək barədə qərar qəbul edib və bu addımı
İctimai Palata da dəstəklənib.

Bakı Şəhər İcra Hakimiyyəti isə bu ərazidə piketin keçirilməsini məqsədəuyğun saymayıb.
XS
SM
MD
LG