Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 19:53

Misir hərbçiləri siyasi dialoqa çağırır


Qahirənin Təhrir meydanı
Qahirənin Təhrir meydanı
Misir hərbçiləri ölkədəki siyasi böhranın həlli ilə bağlı dialoqu dəstəkləyir.
Hərbçilər şənbə günü xəbərdarlıq edib ki, neqativ danışıqlar ölkəni qaranlığa apara və faciəvi nəticələr verə bilər.

Bu ölkədəki son etirazlardan bu yana hərbçilərin ilk bəyanatıdır.

Prezident Mohammad Morsinin noyabrın 22-də səlahiyyətlərini artırması və yeni konstitusiya layihəsinin qəbulu ölkədə gərginliyi daha da dərinləşdirib.
Müxalifət Morsi və onun təmsil olunduğu “Müsəlman qardaşları” hərəkatını özlərinə müvafiq konstitusiya hazırlamaq və hakimiyyəti zəbt etməkdə günahlandırır.
Nümayişçilər cümə günü prezident sarayının ətrafına çəkilmiuş tikanlı məftilləri yarıb.
Mohammad Morsi müxalifətlə danışıqlara getməyə cəhd göstərir.

Morsinin tərəfdarları isə ona dəstək nümayiş etdirmək üçün Qahirə yaxınlığındakı Media City mərkəzinin ətrafına yığışıblar.
Onlar kütləvi informasiya vasitələrini Morsiyə qarşı düşmənçilik, nifrət oyatmaqda günahlandırırlar.
Dekabrın 15-də yeni konstitusiya layihəsi ilə bağlı referendum gözlənilir.
XS
SM
MD
LG