Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 18:46

Həmas 25 illiyini qeyd edir


Həmasın lideri Khalid Mishaal
Həmasın lideri Khalid Mishaal
Uzun illərdən bu yana ilk dəfədir ki, qrupun Lideri Khaled Meshalın Qəzzədə nümayişçilər qarşısında çıxışı gözlənilir.

O Hımasın yeni stratekiyası və prezident Mahmud Abbasın rəhbərlik etdiyi Fəth hərəkatı ilə münasibətlərdən danışacaq.
Khaled Meshal 1967-ci il İsrail-Fələstin münaqişəsindən sonra Qəzzə bölməsini tərk edib.

Qrupunun keçmiş lideri Sheykh Yasin 2004-cü ildə İsrail tərəfindən öldürüldükdən sonra Həmasa Meshal rəhbərlik edir.

2007-ci ildən Qəzzəyə Həmas nəzarət edir.
İordan çayının qərb sahili isə prezident Mahmud Abbas hökumətinin nəzarətindədir.

ABŞ, İsrail və Avropa ölkələri Həması terrorçu təşkilat hesab edirlər.
Bu ilin noyabrında Qəzzədə Həmasla İsrail ordusu arasında gedən döyüşlərdə 170 fələstinli və 6 israilli ölüb.

Bu günlərdə BMT-nin Baş Assambleyasının iclasında Fələstinə BMT-də "müşahidıəçi dövlət" statusu verilib.

Səsvermə zamanı 138 ölkə sənədin lehinə, İsrail, ABŞ, Kanada, Panama və Çexiya da daxil olmaqla 19 ölkə isə əleyhinə səs verib.

İsrail isə buna cavab olaraq Fələstin müxtariyyəti üçün yığılmış 100 milyonluq vergi və gömrük haqlarının verilməsini dayandırıb.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG