Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 13:53
Misir prezidenti Mohammad Morsinin müxalifətlə danışıqlara başlayacağı gözlənilir.
Məqsəd ölkədəki siyasi bəöhrana son qoymaqdir.

Prezidentin noyabrın 22-də səlahiyyətlərini artırması və yeni konstitusiya layihəsinin qəbulu ölkədə böyük etiraz və toqquşmalara səbəb olub.

Müxalifət prezident fərmanı və yeni konstitusiya layihəsi ilə bağlı dekabrın 15-nə nəzərdə tutulmuş referendumun ləğvini tələb edir.

Nümayişçilər cümə günü prezident sarayının ətrafına çəkilmiuş tikanlı məftilləri yarıb.

Onlar prezident Motrsi və onun təmsil olunduğu “Müsəlman qardaşları” hərəkatını özlərinə müvafiq konstitusiya hazırlamaqda və keçmiş rejimin devrilməsi ilə nəticələnmiş inqilabı oğurlamaqda günahlandırırlar.

Morsinin tərəfdarları ona dəstək nümayiş etdirmək üçün Qahirə yaxınlığındakı Media City mərkəzinin ətrafına yığışıblar.
Onlar kütləvi informasiya vasitələrini Morsiyə qarşı düşmənçilik, nifrət oyatmaqda günahlandırırlar.

Günün bütün mövzuları

XS
SM
MD
LG