Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 17:29

Bakıda yağış gözlənilir


-
Dekabrın 9-da Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, arabir yağış yağacağı, şimal-qərb küləyinin güclənəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, gecə 7-9, gündüz 9-11 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında arabir yağış yağacağı gözlənilir. Bəzi dağlıq rayonlarda yağışın sulu qara, qara keçəcəyi ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Gecə 1-6, gündüz 8-13 dərəcə isti, dağlarda gecə 4 dərəcə şaxtadan 1 dərəcəyədək isti, gündüz 2-7 dərəcə isti olacağı gözlənilir.
XS
SM
MD
LG