Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 15:45

«Vergi əməkdaşları iş adamlarından «illik haqq» yığır»


Foto: Arxiv
Foto: Arxiv
-
«Azadlıq» qəzetinə açıqlamasında vəkil Aslan İsmayılov deyib ki, hakimiyyətdəki gizli müharibə tezliklə açıq savaşa keçəcək.

Vəkil hesab edir ki, belə komanda ilə ölkəni gələcəyə aparmaq olmaz. O, bu hakimiyyətin çökəcəyinə şübhə etmədiyini də vurğulayır.

«Yeni Azərbaycan» qəzeti deputat Siyavuş Novruzova istinadən yazır ki, «indi Azərbaycanda prezident seçkiləri keçirilsə, əhalinin 99.9 faizi Prezident İlham Əliyevə səs verəcək.

Qəzetin digər məlumatında isə qeyd olunur ki, radikal müxalifət hakimiyyətə deyil, dövlətə və xalqa qarşıdır.

«Yeni müsavat» qəzetinin yazdığına görə, vergi əməkdaşları iş adamlarından «illik haqq» yığır:

«Vergi Auditi Departamentinin işçiləri dövriyyəsindən asılı olaraq sahibkarların hər birindən 10-30 min manat arası illik «təzminat» alırlar».

«Təzminat»ların banklarda açılan xüsusi hesablara köçürülməsinin tələb olunduğunu qeyd edən qəzet bu məlumatı sahibkarlara istinadən yaydığını bildirir.

«Azərbaycan» qəzeti 2013-cü ilin dövlət büdcəsinin imkanlarından yazır. Qəzet qeyd edir ki, bu, müstəqillik dövrünün ən böyük büdcəsidir. Azərbaycanın dövlət büdcəsini bəzi qonşu ölkələrin büdcəsi ilə müqayisə edən qəzet bildirir ki, «Azərbaycan Ermənistandan 10, Gürcüstandan isə 5 dəfə çox dövlət büdcəsinə malikdir».

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG