Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 20:36

Kral ailəsi haqqında danışan tibb bacısının cəsədi tapılıb



Londonda şahzadə William-ın hamilə xanımı haqqında jurnalistlərə məlumat verən tibb bacısı Jacintha Saldanha-nın cəsədi tapılıb. O, şahzadənin xanımı Kate-in müalicə olunduğu Kral VII Edward xəstəxanasının əməkdaşı olub.

Bir neçə gün əvvəl Avstraliyadan FM2 radiosunun əməkdaşları xəstəxanaya zəng edib və guya Kral sarayından danışdlqlarını deyiblər. Jurnalistlərdən biri isə özünü Britaniya Kraliçası kimi təqdim edib və Kate-nin durumunu soruşub.

Jacintha Saldanha telefondakılara inanıb FM2-nin canlı efirində Kate-in səhhəti haqda ətraflı məlumat verib.

Polis rəsmiləri deyirlər ki, tibb bacısının ölümünün səbəbləri hələlik aydın deyil.

Şahzadə William və xanımı Kate tibbi bacısının ölümündən çox dərin məyusluq hissi keçirdiklərini deyiblər.

Günün bütün mövzuları

XS
SM
MD
LG