Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 21:07

Gürcüstanın keçmiş Baş naziri yenə polisə çağırılıb



Gürcüstanın keçmiş Baş naziri Vano Merabishvili dekabrın 7-də yenidən polisə çağırılaraq saxta pasportdan istifadə etməsi barədə sorğu-suala tutulub. Keçən həftə də onu eyni məsələ ilə bağlı polisdə dindiriblər.

İttihama görə Merabishvili prezidentin nümayəndə heyətinin tərkibində Ermənistana səfəri zamanı saxta Gürcüstan pasportundan istifadə edib. Amma keçmiş Baş nazir ittihamı rədd edir. O, indiki istintaqı siyasi motivli təzyiq adlandırır.

Əvvəllər həm də Gürcüstanın Daxili İşlər naziri olmuş Merabishvili hazırda prezident Saakashvilinin Vahid Milli Hərəkat Partiyasının Baş Katibidir.

Hazırda yeni hökumət bu ilin oktyabrında keçirilən parlament seçkisində qalib gələn Gürcü Arzusu müxalifət koalisiyasından formalaşdırılıb. Milyarder Bdzina İvanishvilinin rəhbərlik etdiyi bu hökumət iş başına gələndən prezident Saakashvilinin komandasında olmuş çox sayda siyasətçi istintaqa cəlb edilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG