Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 02:15

«Naxçıvanda ginekoloji xəstəliklərin aşkar edilməsi tədbirləri gücləndirilir»


-

Tənqidi jurnalistikadan, müxtəlif fikirləri əks etdirən məqalələrdən, debat və müzakirələrdən təngə gəlmisənsə, «Şərq qapısı» qəzetini oxu!


«Şərq Qapısı». 5 oktyabr 2012. sayı: 189 (20.594)


ƏSGƏRLƏRİMİZƏ SOVQAT APARILIB

...Bildirilib ki, avqustun 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində payız – qış mövsümünə hazırlıqla bağlı keçirilən müşavirədə nazirlik qarşısında qoyulan vəzifələrdən biri də hərbi hissələr üçün yun corablarının toxunulmasına davam etdirilməsidir. Bu ilin avqust ayının 28-də 1290 cüt yun corab hərbi hissələrə göndərilib. Həmin tədbirlərin davamı kimi toxunmuş yeni yun corablar bu gün hərbi hissəyə təhvil verilir. Cari ilin sonuna kimi 4000 cüt corabın toxunaraq hərbi hissələrə verilməsi nəzərdə tutulub.

Naxçıvan Qarnizonunun zabiti, polkovnik – leytenant Hacı Məmmədov komandanlıq adından bu tədbirin təşkilatçılarına minnətdarlığını bildirib. O deyib ki, muxtar respublikada ordu quruculuğu istiqamətində atılan qətiyyətli addımların nəticəsi olaraq, Naxçıvan şəhərindən tutmuş ucqar dağ sərhəd məntəqələrinədək hərbi hissələrdə nümunəvi şərait yaradılıb.

Sonda yun corablar əsgərlərə təhvil verilib və hərbi hissəyə göndərilib. Beləliklə, xalqla ordunun birliyini, həmrəyliyinin təcəssüm etdirən daha bir tədbir başa çatıb.

QADINLAR ARASINDA PROFİLAKTİK MÜAYİNƏ TƏDBİRLƏRİ DAVAM ETDİRİLİR

...Odur ki, muxtar respublikamızda da bu məsələyə ciddi diqqət yetirilir, ginekoloji xəstəliklərin vaxtında aşkar edilməsi, müalicə işinin düzgün və səmərəli qurulması üçün profilaktik müayinə tədbirləri daha da gücləndirilir.

Bu sahədə növbəti tədbirlər Naxçıvan şəhərində fəaliyyət göstərən mədəniyyət, məktəbəqədər təhsil müəssisələri və xidmət sahələrində təşkil edilmişdir. Naxçıvan Muxtar Respublikası Doğum Mərkəzi Poliklinika – perinatal diaqnostika şöbəsinin həkim – ginekoloq və laborantları M. S. Ordubadi adına Naxçıvan Muxtar Respublikası Kitabxanasında, Naxçıvan Dövlət Tarix Muzeyində, «Cahan» və «Tema» ticarət mərkəzlərində, 1 və 2 saylı uşaq bağçalarında, eləcə də digər müəssisələrdə olmuş, səhiyyə maarifi işi aparmışlar. Bu məqsədlə keçirilən seminarda reproduktiv sağlamlıq, ailə planlaması, arzuolunmaz hamiləliklərdən qorunma üsulları, hamiləliyin süni surətdə pozulmasının yaratdığı fəsadlar, hamilələrin erkən qeydiyyata götürülməsi, dispanser uçotuna alınması, dünyaya gələcək övladların cinsinə görə seçiminin fəsadları, evdə doğuşların, kesar əməliyyatının zərərləri və digər mövzulardan bəhs olunmuşdur.


DİGƏR MƏQALƏ BAŞLIQLARI:


- Beynəlxalq Telekommunikasiya Birliyinin regional seminarı keçirilib

- Naxçıvan – Türk dünyasına açılan qapı
XS
SM
MD
LG