Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 20:36

Aksiya iştirakçıları Prezident Sarayına yürüş ediblər



Misirn paytaxtı Qahirədə müxalifətin minlərlə tərəfdarı dekabrın 7-də Prezident Sarayına yürüş keçiriblər. Ordu və polis aksiya iştirakçılarının binaya daxil olmalarının qarşısını alıb.
Prezident Muhammad Morsi (Məhəmməd Mörsi) dünən axşam televiziya ilə müraciətində müxalifətə dialoq təklif edib. Amma o həm də əlavə edib ki, prezidentin səlahiyyətlərinin artırılmasına üçün konstitusiya dəyişikliyinə dair referendum da dekabrın 15-də planlaşdırıldığı kimi keçiriləcək. Müxalifət isə onun dialoq çağırışından imtina edir.

Misirdə müxalifət prezidentin öz səlahiyyətlərini artırmaq cəhdini diktatura qurmaq istəyi adlandırır. BMT-nin insan haqları komissarı Navi Pillay da bildirib ki, nəzərdə tutulan konstitusiya dəyişikliyində bəzi narahatlıq doğuran elementlər var.

Prezident Morsi təklifin noyabrın 22-dən elan edib. Həmin vaxtdan da onun tərəfdarları ilə müxalifət fəalları arasında qarşıdurma başlayıb. İndiyə qədər azı 7 nəfər həlak olub.

Günün bütün mövzuları

XS
SM
MD
LG