Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 00:48
-

Müsavat Partiyası Gənclər Təşkilatının həbsdə olan sədr müavini Nigar Yaqublu ev dustaqlığına buraxılmayıb.
Dekabrın 7-də Abşeron Rayon Məhkəməsi gənc fəal barəsindəki həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə əvəzlənməsi barədə vəsatəti təmin etməyib.
Ötən iclasda vəkil Adil İsmayılov Milli Məclisin 6 üzvünün yazılı müraciətini hakim İlham Kərimliyə təqdim etmişdi. Həmin müraciətdə Nigar Yaqublu haqqında seçilmiş həbs qəti-imkan tədbirinin dəyişdirilməsi və onun ev dustaqlığına buraxılması xahiş olunub.
Vəkil eləcə də gənc fəalla müstəntiq arasındakı telefon danışığının ittiham tərəfinin sübutlar siyahısından çıxarılmasını istəmişdi. Bu vəsatət də təmin olunmayıb.
Müdafiə tərəfi cinayət işini araşdıran müstəntiq Rafiq Həsənovun məhkəmədə ifadə verməsi barədə vəsatət qaldırıb. Hakim bu vəsatəti təmin edib. Ancaq Rafiq Həsənov məzuniyyətdə olduğundan bugünkü prosesdə iştirak edə bilməyib. Ancaq o, prosesdə şahid qismində ifadə verəcək.
Proses dekabrın 12-də davam etdiriləcək.
N. Yaqublu sentyabrın 11-də saxlanılıb. Həbs Müsavat Partiyasının üzvü Aydın Acalovun ölümü ilə nəticələnən avtomobil qəzasının istintaqı ilə bağlıdır.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG