Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 17:51

Avro 2020-nin ev sahibi bir deyil, bir neçə Avropa şəhəri olacaq



Avropanın əsas futbol qurumu olan UEFA 2020-ci ilə nəzərdə tutulan Avropa Çempionatının yalnız bir ölkədə deyil, bir neçə ölkədə keçirilməsi barədə qərar qəbul edib. Bu barədə dekabrın 6-da qurumun icraiyyə komitəsinin toplantısında verilib.

Bu ideyanı ilk dəfə UEFA prezidenti Michel Platini irəli sürmüşdü. Onun fikrincə, hazırda Avropa məkanında hökm sürən iqtisadi böhrana görə Avropa Çempionatına konkret bir ölkənin ev sahibliyi etməsi həmin ölkəni ciddi xərcə salır.

2016-cı ilin Avropa Çempionatı Fransada keçiriləcək. 2020-ci ilin çempionatı ilə bağlı qərar isə hələ verilməyib.

2020-ci ilin Avropa Çempionatına ev sahibliyi etməyə əsas iddialı ölkə Türkiyə idi. UEFA-nın Türkiyədən olan vitse-prezidenti çempionatın bir neçə şəhərdə keçirilməsi qərarına qarşı çıxış edib.
XS
SM
MD
LG