Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 20:27
-
Dövlət Gənc Tamaşaçılar Teatrında yeni tamaşanın yaradıcılıq işləri gedir.

Xəbəri AzadlıqRadiosuna teatrın mətbuat xidməti verib.

Xəbərdə deyilir ki, Yeni il üçün nəzərdə tutulan tamaşanın müəllifi teatrın quruluşçu rejissoru, aktyor Nicat Kazımovdur.

Bu dəfə müəllif azyaşlı tamaşaçıları «Qar qızı kim oğurladı» pyesi əsasında səhnələşdirdiyi eyniadlı tamaşa ilə sevindirəcəkdir.

Səhnə əsərinin quruluşçu rejissoru və rəqslərin quruluşçusu Nicat Kazımov, bədii tərtibatçısı Zəminə Orucova, musiqi tərtibatçısı İradə Muradovadır.

Tamaşada rolları Zümrüd Quliyeva (Qar qız), Zülfiyyə Alhüseynova (Meşə ilahəsi), Xəyal Salahov, Anar Səfiyev (Küpəgirən qarı), Müşfiq Əliyev (Qar adamı), İradə Rəşidova (dovşan), Səfa Mehdi (dələ), Vahid Orucoğlu (ayı), Eşqin Quliyev (pinqvin) canlandıracaq.

Sürprizlərlə zəngin əyləncəli bayram proqramı və yeni tamaşa dekabr ayının 27-dən, yanvar ayının 5-dək saat 12.00, 14.00, 16.00, 18.00-da nümayiş etdiriləcək.
XS
SM
MD
LG