Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 17:56

Lavrov və Clinton Suriya böhranını müzakirə ediblər



ABŞ Dövlət Katibi Hillary Clinton (Hillari Klinton) və Rusiyanın Xarici İşlər naziri Sergei Lavrov (Sergey Lavrov) dekabrın 6-da görüşərək Suriya böhranını müzakirə ediblər. Dublində təhlükəsizliklə bağlı konfransda iştirak edərkən bir araya nazirlərə BMT-nin Suriya üzrə təmsilçisi Lakhdar Brahimi (Laxdar Brahimi) də qoşulub.

Brahimi bildirib ki, tərəflər müzakirədə ciddi razılaşma əldə etməsələr də Suriya məsələsinə görə aralarında olan fikir ayrılıqlarını yoluna qoymaq üçün çalışacaqlarını deyiblər.

ABŞ və onun müttəfiqləri ölkədə insan haqları pozuntuları və zorakılıqlara görə Suriya rejiminin rəhbəri Bashar al-Assad-ın dərhal istefa verməsini tələb edir. Moskva isə israr edir ki, Suriyanın taleyi bu ölkədən kənarda həll edilə bilməz.

Son iki ilə yaxın müddətdə Suriyada rejimin dəyişdirilməsini tələb edən müxalifətlə hökumət qüvvələri arasında toqquşmalarda insan haqları fəalları 40 000-ə yaxın adamın həlak olduğunu bildirirlər.

Eyni zamanda Suriyanın Xarici İşlər nazirinin müavini bu gün bildirib ki, onun hökumətinin guya kimyəvi silahdan istifadə etməyə hazırlaşdığını iddia etməklə Qərb qüvvələri Suriyaya müdaxiləyə əsas yaratmağa çalışırlar.

Suriyanın özündən gələn xəbərlərə görə hazırda paytaxt Dəməşqdən beynəlxalq hava limanına gedən əsas yolda döyüş gedir.
XS
SM
MD
LG