Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 04:34

Putin jurnalistin qatilini tapmağa göstəriş verib



Rusiya prezidenti Vladimir Putin hüquq-mühafizə orqanları və xüsusi xidmət təşkilatlarına Şimali Qafqazda ötən gün jurnalistin qətlində əli olanların hamısını tapıb məsuliyyətə cəlb etmək göstərişi verib. Kabardin-Balkarda yerli telekanalın 28 yaşlı əməkdaşı dekabrın 5-də axşam qətlə yetirilib.

Yerli hakimiyyət orqanları qətlə görə islamçı yaraqlıları ittiham edirlər.

Soçidə prezident Putinlə görüşən Rusiya ombudsmanı Vladimir Lukin dövlət başçısını jurnalistlərini, xüsusilə də həssas mövzulara toxunan media mənsublarının təhlükəsizliyinin təmin olunması üçün ciddi tədbirlər görməyə çağırıb.
XS
SM
MD
LG