Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 00:39

Yaralı kəşfiyat rəhbəri ABŞ xəstəxanasına köçürülüb



Əfqanıstanda dekabrın 6-da törədilən partlayışda yaralanmış kəşfiyyat idarəsinin rəhbəri Asadullah Khalid (Əsədulla Xalid) bu ölkədəki ABŞ hərbi bazasındakı xəstəxanaya köçürülüb. Ona baş çəkən prezident Hamid Karzai (Həmid Kərzayi) bildirib ki, Asadullah Khalid-in vəziyyəti yaxşıdır və tezliklə ayağa qalxacaq.

Özünü Taliban yaraqlılarının sözçüsü kimi təqdim edən bir nəfər yerli jurnalistlərə elektron məktub göndərərək kəşfiyyat rəhbərinin yaralanması ilə nəticələnmiş intiharçı hücumuna görə məsuliyyəti Talibanın öz üzərinə götürdüyünü bildirib.

Bu ilin sentyabrında kəşfiyyata rəhbər təyin olunan Asadullah Khalid ona qədər Əfqanıstanda qubernator və nazir vəzifələrində çalışıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG