Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 00:56

“Əki bala” Anara CAVAB verdi


Əkrəm Əylisli
Əkrəm Əylisli
-

“Yadıma gəlir, o vaxt belə bir məktub yazılıb. Mən 75 yaşımda söz verirəm. Bundan sonra Anar haqqında güldən ağır bir kəlmə də söz deməyəcəm. Həqiqətən danışmayacam”.

Bunu AzNews.az-a xalq yazıçısı Əkrəm Əylisi Anarın “Əzizim Əkrəm! Köhnə dostum, təzə «düşmənim» Əki bala!” məktubunun cavabında bildirib.

Ə.Əylislinin sözlərinə görə, bəzi məsələlər var ki, onu məişət məsələsi ilə qarışdırmaq olmaz: “Mən onun barəsində sərt fikirlər demişəm. Amma mən onu şəxsi qərəzlik, yaxud da düşmənçilik mövqeyindən deməmişəm. Mən belə duymuşam. “Uman yerdən küsərlər” deyiblər. Mən də umduğum üçün demişəm. Bəlkə mənim səhvimdi? Yazıçılar İttifaqı bir az başqa cür olmalıydı, dəyişməli idi. Çünki ictimai quruluş dəyişmişdi. Əvvəldən demişdim ki, o, ya yazıçıları qorumalıdır, ya da təşkilatı. Çox ümid elədim ki, Anar yazıçıları yaşadacaq. Amma ümidim puça çıxdı. Axı yazıçı hər an yetişmir. 30-100 ildə 3-ü yetişər, ya yox. Bu reallıqdır. Mən arzu etdim ki, onların kaprizlərinə baxmayaraq, həmin yazıçılara xüsusi qayğı olacaq. Olmadı. Anara təşəkkür edirəm. Onun ünvanına əxlaqdan, vicdandan, mənəviyyatdan aşağı heç vaxt nəsə deməmişəm. İnsanlar müxtəlifdir. Hərə sözü bir cür qəbul edir. Ola bilər ki, mən sözü elə tonda demişəm Anar onu ağrı kimi qəbul eləsin”.

“75 illik yubileyinizdə Yazıçılar İttifaqından təbrik gözlədiniz?” sualına Ə.Əylisinin cavabı belə oldu: “Orada mənim kimim var? Mənim orada tək Anarım var. Zəng ancaq ondan gələ bilərdi. Amma o zəng gəlmədi. Təşkilatda mənə yaxın tək Anardır. Fikrət Qoca ilə yaxınlığım olub. Amma onunla daxili və mənəvi ünsiyyətimiz kök salıb. Mən Anara çox sağ ol deyirəm. Sağ olsun ki, məni yadına salıb.

Güman edirəm ki, bu yazıdan sonra bizim yaradıcılığımız axarına düşəcək. Mən Anarın ünvanıma yazdığını iki qat ona qaytarıram. Gəl ömrümüzün yerdə qalan hissəsini vəzifə ehtiraslarına deyil, keçmiş dostluğumuza və yaddaşımıza sərf edək. “Əki bala” sizi buna səsləyir”.

Bahar Rüstəmli
AzNews.az
XS
SM
MD
LG