Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 12:00

Morsi müxalifətə dialoq təklif edir



Misirin prezidenti Muhammad Morsi (Məhəmməd Mörsi) ölkəni bürüyən siyasi böhrandan çıxış yolları aramaq üçün müxalifəti “ümummilli dialoq”a çağırıb. Prezident dekabrın 8-də müxalifət liderləri ilə görüşə biləcəyini deyib. Amma prezident televiziya ilə xalqa müraciətində eyni zamanda əlavə edib ki, dekabrın 15-ə təyin olunan referendumun da əvvəlcədən planlaşdırılan qaydada həyata keçiriləcək.

Misirdə prezidentin təşəbbüsü ilə onun səlahiyyətlərinin artırılmasını nəzərdə tutan konstitusiya dəyişikliyinə dair referendum müxalifətlə hakimiyyət tərəfdarları arasında ölkə boyu toqquşmalara səbəb olub. Noyabrın 22-dən başlayan toqquşmalarda indiyə qədər 7 nəfər həlak olub, yüzlərlə adam yaralanıb. Prezident Sarayının qorunması üçün ordu binanın ətrafına tanklar düzüb.

Günün bütün mövzuları

XS
SM
MD
LG