Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 22:22

Clinton Avrasiya ittifaqı təkliflərini regionun yenidən sovetləşdirilməsi cəhdi adlandırır



ABŞ Dövlət Katibi Hillary Clinton (Hillari Klinton) Rusiyanın daha geniş Avrasiya iqtisadi inteqrasiya yaratmaq cəhdlərini regionun “yenidən sovetləşdirilməsi” cəhdi adlandırır. Bu barədə Dövlət katibi dekabrın 6-da Dublində hüquqşünaslar və vətəndaş cəmiyyəti fəalları ilə görüşündə bildirib.

Moskvanın liderliyi ilə yaradılan və Gömrük İttifaqı adlanan quruma indilik Belorus və Qazaxıstan daxildir.

Hillary Clinton qeyd edir ki, onlar həmin Gömrük İttifaqının yaradılmasında real məqsədlərin nə olduğunu bilirlər və bu prosesin qarşısını almaq üçün effektiv yollar üstündə düşünürlər.
Rusiya prezidentinin sözçüsü Dmitry Peskov isə Clinton-un bu bu bəyanatını “vəziyyətin kökündən yanlış anlaşılması” adlandırıb.

Dövlət Katibi həmçinin Rusiya, Ukrayna, Belorus və Türkmənistanda ABŞ-dan dəstəklənən vətəndaş cəmiyyəti təşəbbüslərinin cinayət kimi xarakterizə olunmasına cəhdləri də tənqid edib. O deyib ki, keçmiş sovet respublikaları dissidentlərin cilovlanmasında getdikcə daha çox aqressiv olurlar.
XS
SM
MD
LG