Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 06:21

Rusiya da ABŞ vətəndaşlarını viza qadağası ilə hədələyir



Rusiyanın Xarici İşlər naziri Sergei Lavrov bildirir ki, “insan haqlarını pozan” ABŞ rəsmilərinə viza verməyəcəklər.

Dünən ABŞ Senatı Rusiyada məşhur anti-korrupsiya fəalı, hüquqşünas Sergei Magnitsky-nin ölümü və insan haqları pozuntuları ilə bağlı başqa cinayətlərdə adı hallanan Rusiya rəsmilərinə qarşı sanksiyaları təsdiq edib. Sergei Lavrov bildirir ki, Moskva cavab tədbirləri barədə dekabrın 5-da Dublində ABŞ Dövlət Katibi Hillary Clinton-u (Hillari Klinton) da məlumatlandırıb.

Rusiyanın Xarici İşlər Nazirliyi ABŞ Senatının həmin qərarını “absurd teatrının oyunu” adlandırıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG