Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 08:11

Ə.Davudoğlu: «Qarabağ müzakirələrinin nəticəsini gözləyirik»


Əhməd Davudoğlu

Əhməd Davudoğlu

-
«Qarabağ məsələsi ilə bağlı Ermənistanla Azərbaycan arasında gedən müzakirələrinin nəticələnməsini istəyirik».
APA-nın məlumatına görə, bunu Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu «Sabah» qəzetinə müsahibəsində deyib. O, Rusiyanın xarici işlər naziri Sergey Lavrovla İstanbulda keçirdiyi görüşdə Qarabağ məsələsini də müzakirə etdiklərini söyləyib: «Gələn il Azərbaycanda və Ermənistanda prezident seçkiləri olacaq. Bu ərəfədə münasibətlərdə irəliləyiş əldə etmək çətindir. Psixoloji mühit uyğun deyil. Biz Qarabağ məsələsində Ermənistan-Azərbaycan müzakirələrinin nəticələnməsini istəyirik. Bu, Türkiyənin də önünü açacaq».

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG