Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 03:38

Qahirədə hərbçilər prezident sarayının ətrafına sədd çəkib


Qahirədə hərbçilər prezident sarayının ətrafına tikanlı məftillərdən sədd çəkib.

Ordu cümə axşamı sarayın ətrafına yğışan nümayişçilərdən dağılışmağı tələb edib.
Nümayişçilərin əksəriyyəti dağılışsa da onlarla adam aksiyanı davam etdirmək fikrindədirlər.

Prezident Mohammad Morsi bu gün müdafiə naziri və digər hökumət üzvləri ilə siyasi böhrandan çıxış yollarını müzakirə edib.

Çərşənbə günü prezidentin tərəfdarları ilə əlehdarları arasında baş vermiş toqquşmada 5 nəfər ölüb, 644 adam xəsarət alıb.

Prezident Mohammad Morsinin bu günlərdə səlahiyyətlərini genişləndirməsi və yeni konstitusiya layihəsinin qəbulu ölkədə kütləvi etirazlara səbəb olub.
Müxalifət Morsi və onun təmsil olunduğu “Müsəlman qardaşları” hərəkatını özlərinə müvafiq konstitusiya hazırlamaqda və yeni avtoritar rejim qurmaqda ittiham edir.
XS
SM
MD
LG