Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 06:00

Minsk Qrupunun həmsədri olan ölkələr birgə bəyanat veriblər


Arxiv foto: Azərbaycan (solda) və Ermənistan bayraqları

Arxiv foto: Azərbaycan (solda) və Ermənistan bayraqları

-
«Minsk qrupu həmsədrlərinin son bəyanatı Dağlıq Qarabağ münaqişəsinin həllində hər hansı irəlləyişin olmamasından xəbər verir».

ATƏT-in Minsk qrupu həmsədrlərinin son bəyanatını şərh edən politoloq Elxan Şahinoğlu bu fikirdədir.

O, dekbarın 6-da verilən bəyanatın daha çox tərəfləri tənqid üzərində qurulduğunu deyir:

Elxan Şahinoğlu

Elxan Şahinoğlu

«Bəyanatdan görünür ki, yenə də məsuliyyəti Azərbaycanla Ermənistanın üzərinə atmaq istəyirlər. Həmsədrlər qeyd edirlər ki, tərəflər ciddi bir addım atmırlar, məsuliyyəti bir-birinin üstünə atırlar. Onda sual yaranır, əgər məsuliyyət iki münaqişə tərəfinin üstünə qoyulursa onda həmsədrlər nəyə lazımıdr? ATƏT-in xarici işlər nazirlərinin Dublin görüşündə o da aydın oldu ki, əslində Qarabağ mövzusu getdikcə arxa plana keçir. Əvvəllər Qarabağ məsələsi ATƏT-in 3 əsas mövzusundan biri olurdu, indi heç 10-luqda deyil. Bu bəyanatda həmsədrlər sanki yaxalarını kənara çəkmək istəyirlər».

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə məşğul olan ATƏT-in Mİnsk qrupunun həmsdərləri dekabrın 6-da birgə bəyanatla çıxış ediblər.

MİNSK QRUPUNUN BƏYANATI...

Dağlıq Qarabağ münaqişəsinin həlliylə bağlı ATƏT-in Minsk Qrupuna həmsədrik edən ölkələr birgə bəyanatla çıxış ediblər.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov, ABŞ Dövlət katibi Hillary Clinton və Fransanın Avropa məsələləri üzrə naziri Bernar Gazeneuve münaqişəni dinc yolla həll etmək üçün tərəfləri siyasi iradə göstərməyə çağırıblar.

Bəyanatda qeyd edilir ki, 2012-ci il yanvarın 23-də Azərbaycan və Ermənistan prezidentlərinin Soçi görüşündə sülh prosesində tezliklə irəliləyiş olacağı bəyan edilsə də bu, baş vermədi və tərəflər qarşılıqlı anlaşma əsasında razılığa gəlmək əvəzində, danışıqlar prosesində tez-tez birtərəfli üstünlüyə nail olmağa çalışırlar.

Bəyanatda daha sonra qeyd edilir ki, son aylar qoşunların təmas xətti və sərhəd bölgəsində ciddi insidentlərin sayı azalsa da tərəflər 1994-cü ildə əldə edilmiş atəşkəs rejiminə əməl etməlidirlər, münaqişənin hərbi yolla həlli mümkün deyil.

Bəyanat münaqişə tərəflərini düşmənçilik hissi oyadan hərəkətlərdən çəkinməyə, həmsədrlərin noyabrda regiona son səfəri zamanı verdikləri ideyaları hərtərəfli araşdırmaq üçün qətiyyət göstərmək və onlarla əməkdaşlığa çağırır.

Minsk Qrupuna həmsədrlik edən ölkələr belə bir bəyanatla ATƏT Xarici İşlər Nazirləri Şurasının bu gün Dublində keçirilən iclası çərçivəsində çıxış ediblər.


1990-cı illərin əvvəlində erməni silahlı qüvvələri Azərbaycanın Dağlıq Qarabağ regionu və onun ətrafında 7 rayonunu işğal edib. Tərəflər arasında 1994-cü ildə atəşkəs razılaşması imzalansa da hələlik Ermənistanla Azərbaycan arasında yekun sülh razılaşması imzalamaq mümkün olmayıb. Tərəflər arasında sülh danışıqlarına ATƏT-in Minsk Qrupunun ABŞ, Rusiya və Fransadan olan həmsədrləri vasitəçilik edirlər. Onlar bir neçə dəfə sülh variantları təklif etsələr də indiyə qədər bütün tərəfləri buna razılaşdırmaq mümkün olmur.

Azərbaycan israrla özünün ərazi bütövlüyünü heç bir halda güzəştə getməyəcəyini bildirir. Ermənistan isə Qarabağdakı ermənilərin özlərini müstəqil dövlət elan etdiklərini, onların da müstəqillikdən imtina etməyəcəklərini deyir.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG