Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 04:54

Dünyanın ən nüfuzlu şəxsləri siyahısında... narkobaron!


​-

Çinin yeni liderləri Jinping və Keqiang hələ rəsmi şəkildə vəzifələrinin icrasına başlamayıblar. Amma artıq dünyanın ən nüfuzlu şəxsləri siyasında ilk 15-dədirlər.

71 nəfərlik siyahını Amerikanın “Forbes” jurnalı hazırlayıb. Jurnalın naşiri Steve Forbes deyir ki, bu, Asiya liderlərinin qlobal səviyyədə çəkisinin xeyli dərəcədə artmasının göstəricisi sayıla bilər.
İLK ONLUQ
Barack Obama
ABŞ prezidenti
Angela Merkel
Almaniya kansleri
Vladimir Putin
Rusiya prezidenti
Bill Gates
Microsoft-un rəhbəri
Papa XVI Benedict
Roma Papası
Ben Bernanke
ABŞ-ın maliyyə naziri
Abdullah bin Abdul Aziz al Saud
Səudiyyə kralı
Mario Draghi
Avropa Mərkəzi Bankının prezidenti
Xi Jinping
Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş Katibi
David Cameron
Britaniyanın Baş naziri

İndi həm Amerika, həm də Avropa maliyyə böhranı ilə mübarizə aparır. Amma Asiyada, xüsusən də Çində vəziyyət fərqlidir.

Çində iqtisadiyyatın artım sürəti sadəcə bir az yavaşıyıb, 10 faizdən 8 faizə enib.

Çin indi biznes qurmaq baxımından dünyanın ən dinamik bölgəsidir.

Yəqin təsadüfi deyil ki, artıq Çin milyarderlərin sayına görə dünyada 2-ci mövqeyə qalxıb. 147 çinli milyarderin ümumilikdə 380 milyard dolları var.

İkinci dəfə Amerika prezidenti seçilməyə müvəffəq olmuş Barak Obama siyahıda birincidir.

Dünyanın ən nüfuzlu şəxsləri siyahısının ilk pillələrində Almaniya kansleri Angela Merkel, yenidən Rusiya prezidenti seçilən Vladimir Putin və Microsoft şirkətinin sahibi Bill Gates də var.

"EL CHAPO"

Dünyanın ən nüfuzlu şəxsləri siyahısı əsasən siyasətçi və biznesmenlərdən ibarətdir.

Meksikalı milyarder Carlos Slim 11-ci, amerikalı biznesmen Warren Buffett 15-cidir.

“Forbes”ın siyahısında təəccüb doğuran bir fiqur da var.

Meksikalı narkobaron Joaquin Guzman Loera.

"El Chapo" ləqəbli bu şəxs Meksikada Sinaloa kartelinə başçılıq edir.

Jurnal həmin şəxsi siyahıya salmasını onun dünyanın ən nüfuzlu narkobaron olması və Meksikada proseslərə təsir edə bilmək imkanları ilə izah edir.

“Forbes” bildirir ki, Meksika son 15-20 ildə narkomafiyaya qarşı mübarizədə müəyyən uğur qazansa da, hələ də problemi köklü həll edə bilməyib.

FACEBOOK-UN RƏHBƏRİ GERİLƏYİB

Dünyanın ən nüfuzluları siyahısında ən gənc şəxs Facebook-un 28 yaşlı rəhbəri Mark ​Zuckerberg-dir. O, siyahıda 25-cidir.

Halbuki keçən ilki siyahıda o ilk onluqda idi.

Şirkətin səhmlərinin satışa çıxarılmasından gözlənildiyi yüksək nəticə əldə edilmədiyi üçün Zuckerberg siyahıda geriləyib.

BMT-nin baş katibi Ban Ki Mun isə siyahıda irəliləyib. Ötən il 38-ci pillədə qərarlaşmış baş katib bu il 30-cudur.

Günün bütün mövzuları

XS
SM
MD
LG