Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 12:20

Əli Həsənov: «Heydər Əliyev İstanbulu ekoloji fəlakətdən xilas etdi»


Əli Həsənov

Əli Həsənov

-
«Xəzər regionunun yeni dönəmi 1994-cü ildən başlayıb. Bu zamana qədər Xəzərə İran və SSRİ xaric heç bir əcnəbi dövlətin və korporasiyanın ayağı dəyməyib».

Bunu Türkiyədə keçirilən Beynəlxalq Xəzər Forumundakı çıxışında Azərbaycan Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov deyib.

Məlumatı APA yayıb.

Əli Həsənov forumda Xəzər regionunun siyasi, iqtisadi, geostrateji mövqeyi, dənizətrafı ölkələrin hazırkı durumu barədə danışıb. O bildirib ki, Xəzər regionu dünyanın ən önəmli mərkəzlərindən biridir. Ona görə də, dünyanın fərqli mərkəzlərinin diqqəti bu bölgədədir.
Əli Həsənov deyib ki, 1994-cü ildə Heydər Əliyevin neft strategiyası nəticəsində Xəzərə əcnəbi korporasiyalar, hövzədən kənar olan ölkələrin şirkətləri gətirilib:

«Bu, çox mühüm bir geosiyasi hadisə idi. Bu o demək idi ki, Xəzər regionundakı digər ölkələr Rusiya və İrandan asılı olmadan, öz neft qaynaqlarına sahib olub, ondan müstəqil istifadə edəcəklər. Lakin bu qərarın həyata keçirilməsi Azərbaycana o qədər də asan başa gəlmədi. 1994-98-ci illərdə məhz bu məsələyə görə Azərbaycana çoxlu təzyiqlər oldu, siyasi, iqtisadi, hərbi problemlərlə üzləşdik, Azərbaycanı daxildən parçalamaq üçün cəhdlər edildi. Lakin biz qərarlarımızda ardıcıl olduq və enerji qaynaqlarımıza sahibləndik».

Daha sonra Bakı-Tbilisi-Ceyhan layihəsindən danışan şöbə müdiri həmin vaxt çoxlu alternativ layihələrin də olduğunu xatırladıb:

«Lakin yenə də Heydər Əliyevin qətiyyəti ilə Azərbaycan özünün enerji qaynaqlarının çıxış açarını Türkiyəyə etibar etdi. Bu, təkcə iqtisadi deyil, həm də siyasi və uzaqgörən qərar idi. Bu kəmər olmasaydı, İstanbul boğazında indi tanker tıxacı yaşanardı. Heydər Əliyevin Bakı-Tbilisi-Ceyhan əsas ixrac kəməri ilə bağlı qərarı həm də İstanbulu böyük bir ekoloji fəlakətdən xilas etdi».

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG