Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 02:35

Dublində Suriya münaqişəsi müzakirə olunur


ABŞ Dövlət katibi Hillari Clintonla Rusiyanın xarici işlər naziri Sergey Lavrov bu gün Dublində BMT və Ərəb Dövlətləri Liqasının xüsusi nümayəndəsi Lakhdar Brahimi ilə görüşəcəklər.

Görüşdə Suriya münaqişəsi və ölkədə qan tökülməsinə son qoyulmasının yolları müzakirə olunacaq.
Görüş təhlükəsizlik məsələsi ilə bağlı beynəlxalq konfrans çərçivəsində keçiriləcək.

Qərb agentlikləri 3 tərəfli görüşü gözlənilməz hesab edirlər.

Hazırda Suriyada hökumət və müxalifət qüvvələri arasında ağır döyüşlər gedir.
Müxalifət prezident Bashar Assadın istefasını tələb edirlər.
Suriyalı hüquq müdafiəçiləri 1 ildən çoxdur ki, ölkədə gedən döyüşlərdə 40 mindən çox adamın öldürüldüyünü deyirlər.

Günün bütün mövzuları

XS
SM
MD
LG