Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 19:36

Qahirədə prezident sarayının ətrafına tank və zirehli texnikalar yeridilib


Qahirə
Qahirə
Misirin paytaxtı Qahirədə, prezident sarayının ətrafına canlı qüvvə, tank və zirehli texnikalar yeridilib.

Dünən burda prezidentin tərəfdarları və əlehdarları arasında baş vermiş toqquşmalarda azı 5 nəfər ölüb, 350 adam yaralanıb.
Bu barədə ölkənin Səhiyyə Nazirliyi xəbər verir.

Prezident Mohammad Morsinin bu günlərdə səlahiyyətlərini genişləndirməsi və yeni konstitusiya layihəsinin qəbulu ölkədə kütləvi etirazlara səbəb olub.
Müxalifət Morsi və onun təmsil olunduğu “Müsəlman qardaşları” hərəkatını özlərinə müvafiq konstitusiya hazırlamaqda və yeni avtoritar rejim qurmaqda ittiham edir.

Tanınmış müxalifət lideri, Nobel sülh mükafatçısı Mohammad al Baradei indiki hakimiyyətin keçmiş Mubarak rejimdən fərqlənmədiyini deyir.

Müxalifət prezident səlahiyyətlərinin genişləndirilməsi ilə bağlı qərar və yeni konstitusiya layihəsinin ləğvini tələb edir.

Dekabrın 15-də yeni konstitusiya layihəsinin referenduma çıxarılacağı gözlənilir.
Vitse-prezident Mahmud Mekky bildirib ki, konstitusiya layihəsindəki mübahisəli məsələlər bu vaxtadək müxalifətlə razılaşdırıla bilər.
ABŞ tərəfləri dialoqa çağırıb.
XS
SM
MD
LG