Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 02:37
Kabardin-Balkarda nəqliyyat nazirinin müavini Vladislav Dyacenkoya sui-qəsd edilib.
Nəticədə o qəlpə yarasıyla xəstəxanaya düşüb.

İlkin məlumata görə, onun maşınına bomba qoyulubmuş və partlayış o evdən çoxarkən baş verib.
Nazir müavinin həyatı təhlükədə deyil.

Çərşənbə günü axşam isə Nalçikdə tanınış jurnalist, “Vesti” televiziya kanalının əməkdaşı Kazbek Gekkiyev öldürülüb.
O işdən evə gedərkən başından güllələnib.

Rusiya İstintaq Komitəsinin nümayəndəsi Vladimir Markin bunun onun peşə fəaliyyəti ilə bağlı olduğunu deyir.
Markin bunun hərtərəfli planlaşdırılmış hücum olduğunu və hazırda bununla bağlı 2 nəfərin axtarışda olduğunu deyir.

Jurnalistin həmkarları bundan əvvəl onun və bir neçə yerli jurnalistin hədələndiklərini deyirlər.

Günün bütün mövzuları

XS
SM
MD
LG