Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 14:24

ABŞ-da Azərbaycanla bağlı dəyirmi masa keçirilib



Dekabrın 5-də Vaşinqtonun Ceymstaun Fondunda «Azərbaycanda dinlərarası hörmət və dialoq» mövzusunda dəyirmi masa keçirilib. Tədbirin təşkilatçıları Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Azərbaycanın ABŞ-dakı səfirliyi və Ceymstaun Fondu olub.

Bu barədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin yaydığı məlumatda deyilir. Məlumatda o da deyilir ki, tədbirin məqsədi Azərbaycanda din-dövlət münasibətləri, dini tolerantlıq və dinlərarası əməkdaşlıq və qarşılıqlı hörmət modelinin ABŞ siyasi və akademik elitasına təqdim etmək olub.

Ceymstaun Fondunun nümayəndəsi, Qafqaz regionu üzrə ekspert Vladimir Sokor deyib ki, Azərbaycan yalnız enerji və təhlükəsizlik məsələləri üzrə müttəfiq deyil. Məruzəçinin Azərbaycanın «dinlərarası münasibətlərin modeli» kimi ABŞ və ümumilikdə Qərb ölkələri üçün əhəmiyyətindən danışdığı da məlumatda qeyd edilir.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İskəndərov məruzəylə çıxış edib. O, ölkədəki dini tolerantlıqdan danışmaqla yanaşı müasir Azərbaycanın dini sferadakı təhdidlərin qarşısını uğurla aldığını da bildirib.

Günün bütün mövzuları

XS
SM
MD
LG