Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 18:46

Qahirədə toqquşmalarda 3 nəfər ölüb


Misir prezidenti Muhammad Morsi-yə etiraz nümayişi

Misir prezidenti Muhammad Morsi-yə etiraz nümayişi

-

Qahirədə prezident Muhammad Morsi-nin tərəfdarları ilə əleyhdarları arasında toqquşma olub. Səhiyyə Nazirliyi xəbər verir ki, çərşənbə günü toqquşmalarında üç nəfər ölüb, 350 nəfər yaralanıb. Prezident sarayı önünə toplaşmış tərəflər bir-birinə Molotov kokteylləri atıblar.

Prezidentin tərəfini saxlayan «Müsəlman qardaşları» hərəkatı dövlət başçısına dəstək olaraq nümayiş çağırıb.

Opponentləri Morsi-ni ötən ay imzaladığı fərmanla özünə əlavə səlahiyyətlər verməkdə və yeni avtoritar rejim qurmaqda suçlayırlar. O, eləcə də İslamçıların üstünlük təşkil etdiyi məclisdən konstitusiya layihəsini keçirməkdə ittiham edilir. Liberallar və digərlərinin həmin layihədən kənarda qaldığı bildirilir.

ABŞ Dövlət katibi Hillary Clinton çərşənbə günü bildirib ki, yeni konstitusiya üzrə dialoq vacibdir, bu sənəd «bütün vətəndaşların hüquqlarına hörmət» qoymalıdır.

Vitse-prezident Mahmoud Mekky bildirib ki, konstitusiyanın mübahisələri bəndlərinə dəyişikliklər dekabrın 15-nə planlaşdırılan referendum öncəsi müxalifətlə razılaşdırıla bilər.
XS
SM
MD
LG