Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 06:48

ABŞ-ın Azərbaycandakı səfirliyi viza üçün yeni sistem tətbiq edir


Azərbaycanın ümumvətəndaşlıq pasportu.

Azərbaycanın ümumvətəndaşlıq pasportu.

ABŞ-ın Azərbaycandakı səfirliyi 27 dekabr 2012-ci ildən etibarən viza üçün yeni, təkmilləşdirilmiş müraciət və gün təyinetmə prosedurları həyata keçirəcək.

Səfirlikdən verilən məlumata görə, bu dəyişikliyin bir hissəsi olaraq ərizəçilər viza müsahibəsinə yazılmaqdan əvvəl rüsumu ödəyəcəklər.

Hazırda ABŞ-ın Azərbaycandakı səfirliyində viza müsahibəsi üçün yalnız əvvəlcədən yazılmaq lazımdır və viza ərizəçiləri rüsumu müsahibə zamanı səfirlikdə ödəyirlər. (Birdəfəlik qeyri-mühacir vizalar üçün rüsum 160 dollardır) Dekabrın 27-dən sonra viza ərizəçiləri rüsumu müsahibəyə yazılan zaman ödəyəcəklər. Yeni prosedurlarla bağlı daha ətraflı məlumat yaxın həftələrdə elan olunacaq.

ABŞ səfirliyinin konsulluq şöbəsi bu ilin sonunda dekabrın 27-dən yanvarın 3-ə qədər bir neçə günlüyə viza xidmətlərini dayandıracaq. Fövqəladə hallarda səyahət üçün məhdud viza xidmətləri göstəriləcək.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG