Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 02:41

Etirazçılar prezident sarayı ətrafında çadırlar qurdular [Video]


-
Muhammad Morsi (Məhəmməd Mörsi) çərşənbə günü yenidən Qahirədəki Prezident Sarayına qayıdıb. O, Sarayı dekabrın 4-də arxa qapıdan tərk etməyə məcbur olmuşdu.

Bu, islamçı Morsinin əleyhdarları olan on minlərlə insanın Saray qarşısına toplaşması ilə bağlı idi.

Əvvəlcə, dinc nümayiş formasında davam etsə də, sonradan etirazçılar Prezident Sarayının tikanlı məftilərinə yaxınlaraq sarayın həyətinə girməyə çalışıblar.

Polis onları durdurmaq üçün gözyaşardıcı qazdan istifadə etməyə məcbur olub.

Amma prezident Sarayı tərk edəndən sonra polis müqaviməti dayandırıb və etirazçılar tikanlı məftilləri qıraraq binaya yaxınlaşıblar.

Morsinin əleyhinə şüarlar səsləndirsələr də,

Onlar milli qvardiyanın qoruduğu binanı ələ keçirməyə çalışmayıblar

Amma ürəklərini sarayın divarlarına Morsiyə qarşı şüarlar yazmaqla boşaldıblar.

Dekabrın 5-də də saray ətrafında yüzlərlə etirazçı çadır quraraq aksiyanı davam etdirir.

Muhammad Morsi

Muhammad Morsi

Onlar Morsinin təklif etdiyi yeni konstitusiya layihəsinə etiraz edirlər. Həmin layihədə prezidentə çox geniş səlahiyyətlər verilir, məhkəmə hakimiyyətinin onun qərarlarının qanuniliyini yoxlaya bilməsi hüququ ləğv edilir.

Dekabrın 15-də bununla bağlı referendum olacaq

Morsi əleyhdarlarından olan bir qadın aksiyada jurnalistlərə deyib ki, bu layihə diktator Hosni Mobarak-ın (Hüsnü Mübarək) devrilməsi ilə nəticələnmiş inqilabın ideallarına xəyanət deməkdir:

“Biz sadəcə Morsiyə demək istəyirik ki, bəli, onu prezident kimi qəbul edirik, bəli, onun səs çoxluğu ilə seçildiyini etiraf edirik, amma onun diktatorluğuna yol açan konstitusiyaya “yox” deyirik. Onun hazırladığı Konstitusiya bizləri – Misir xalqını qane etmir, ona görə də biz bura toplaşmışıq”.

Sameh Al-Masry adlı başqa bir etirazçı isə prezident və onun təmsil etdiyi Müsəlman Qardaşlığı təşkilatını xalqı zor gücünə idarə etmək istəyində günahlandırır:

“Bizim nümayişin əsas məqsədi odur ki, rejim mənəvi cəhətdən iflasa uğrayıb. Polis prezident sarayı ətrafında etirazçılara qarşı gözyaşardıcı qazdan istifadə edir, 4 dekabr

Polis prezident sarayı ətrafında etirazçılara qarşı gözyaşardıcı qazdan istifadə edir, 4 dekabr

“Müsəlman qardaşlığı” ölkəni demokratik prinsiplərlə yox, zorakı yolla idarə etməyə çalışır, onlar hər şeyə nəzarət etmək istəyirlər. Seçki ərəfəsində söz vermişdilər ki, hakimiyyətə gələndə islahatlar aparacaqlar, amma hələ ki heç nə etməyiblər.”

Referenduma az qalsa da, hakim partiya müxalifəti dialoq masasına əyləşib danışıqlar aparmağa çağırsa da, müxalifət bundan imtina edir.

Onlar tələb edirlər ki, prezident əvvəlcə konstitusiya layihəsindən imtina etməlidir, yalnız bundan sonra dialoq mümkündür.

Dekabrın 4-də ölkənin ikinci şəhəri olan İsgəndəriyyədə də Morsi əkeyhinə mitinq olub, aksiyaya 10 minə yaxın adam qatılıb.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG