Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 17:41

Serbiyanın NATO-nun baş qərərgahındakı nümayəndəsi özünü öldürüb


Branislav Milinkovic

Branislav Milinkovic

Serbiyanın NATO-nun baş qərərgahındakı nümayəndəsi Branislav Milinkovic Brüsseldə özünü öldürüb.

O Brüssel hava limanındakı avtomobil dayanacağından özünü atıb.
Serbiyanın baş naziri İvitsa Dacic faktı təsdiqləyib və bunu facia adlandırıb.
Hələlik qəsdin səbəbi bəlli deyil.

Serbiya mətbuatının məlumatına görə, o özünü binadan Serbiya Xarici İşlər Nazirliyinin yüksək səlahiyyətli nümayəndəsi həmin yerdən keçərkən atıb.

Serbiya NATO-nun üzvü olmasa da onun Alyansın Brüsseldəki baş qərərgahında nümayəndəliyi var.
Hazırda Brüsseldə NATO ölkələri xarici işlər nazirlərinin görüşü keçirilir.

Milinkoviç bu vəzifəyə 2009-cu ildə təyin edilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG