Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 20:44
-


Tənqidi jurnalistikadan, müxtəlif fikirləri əks etdirən məqalələrdən, debat və müzakirələrdən təngə gəlmisənsə, «Şərq qapısı» qəzetini oxu!


«Şərq Qapısı». 2 oktyabr 2012. sayı: 186 (20.591)


NAİLİYYƏTLƏRİMİZİ ARTIRACAĞIQ

Hörmətli redaksiya!

Bu məktubu sizə ünvanlamaqda məqsədim Dərəkənd tam orta məktəbinin pedaqoji kollektivi adından dövlətimizə minnətdarlığımızı bildirməkdir. Muxtar respublikamızda aparılan genişmiqyaslı quruculuq tədbirlərindən bu yaşayış məntəqəsinə də pay düşmüş, kəndimizdə yeni sosial obyektlər istifadəyə verilmişdir. Məlum olduğu kimi, sentyabrın 18-də kəndimizdə avtomobil yolunun, kənd və xidmət mərkəzlərinin, eləcə də 216 şagird yerlik tam orta məktəb binasının açılışı olmuşdur. Məktəbimiz əvvəllər yararsız binada yerləşirdi. Bu da istər - istəməz təhsilin keyfiyyətinə mənfi təsir göstərirdi. Müasir məktəb binasının istifadəyə verilməsi yeni tədris ilində müəllim və şagird kollektivinə ən böyük hədiyyədir. Müəllim və şagirdlərin ixtiyarına zəngin laboratoriyalar, kitabxana, idman qurğuları, elektron lövhə və kompüter dəstləri verilmişdir. Bütün bunlar məsuliyyət hissimizi xeyli artırmışdır. Mövcud şərait indiyədək əldə etdiyimiz uğurları daha da artırmağa imkan yaratmışdır.

Yeni tədris ilində göstərilən dövlət qayğısına əməli işimizlə cavab verəcək, yaradılan yüksək təhsil şəraitindən düzgün istifadə edərək vətənpərvər və bilikli gənclər yetişdirəcəyik

Firuzə Qasımova, Dərəkənd kənd orta məktəbinin müəllimi.

QƏZET BEŞ GÜNDƏN SONRA ÇATIR...

Hörmətli redaksiya!

Bu məktubu sizə ünvanlamaqda məqsədim mənim və mənim kimi çoxlu «Şərq Qapısı» oxucularının gileyini sizə çatdırmaqdır. Necə deyərlər, uman yerdən küsərlər.
Biz ziyalılar məlumat almağa çox tələbkarıq. Xüsusən də son dövrlərdə bu tələbat daha da artmışdır. Dünyanın hər yerindən müxtəlif informasiya kanalları vasitəsilə hər gün onlarla, yüzlərlə məlumat alırıq. Eyni belə tələbat, bəlkə də, bunlardan daha çox muxtar respublikamızın sosial – iqtisadi həyatında baş verən yeniliklər, qəbul edilən həyati qərarlar və maraqlı müəllif yazıları barəsindədir. İndiki sürətli quruculuq dövründə vaxtında bir xəbər almamaq sonra nə qədər narahatlıq doğurur. Muxtar respublikamızda baş verən mühüm bir hadisə, keçirilmiş tədbir haqqındakı məlumatları qəzet çıxandan 5-6 gün sonra tapıb oxuyuruq, muxtar respublikamızda fəaliyyət göstərən televiziyalara isə ümumiyyətlə baxa bilmirik...

Hörmətlə, Yunis Quliyev, Kükü kənd tam orta məktəbinin müəllimi.

DİGƏR MƏQALƏ BAŞLIQLARI:

- 73 nömrəli ictimai yaşayış binasında müasir şərait yaradılıb
- Üzgüçülük üzrə Naxçıvan birinciliyi
- Müxtəlif ixtisaslar üzrə test imtahanları keçirilmişdir.
XS
SM
MD
LG