Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 17:55

ABŞ-ın Azərbaycandakı səfirliyi viza üçün yeni prosedurlar həyata keçirəcək


ABŞ-ın Azərbaycandakı səfirliyi 27 dekabr 2012-ci ildən etibarən viza üçün yeni, təkmilləşdirilmiş müraciət və gün təyinetmə prosedurları həyata keçirəcək.

Səfirlikdən verilən məlumata görə, bu dəyişikliyin bir hissəsi olaraq ərizəçilər viza müsahibəsinə yazılmaqdan əvvəl rüsumu ödəyəcəklər.

Hazırda ABŞ-ın Azərbaycandakı səfirliyində viza müsahibəsi üçün yalnız əvvəlcədən yazılmaq lazımdır və viza ərizəçiləri rüsumu müsahibə zamanı səfirlikdə ödəyirlər. Dekabrın 27-dən sonra viza ərizəçiləri rüsumu müsahibəyə yazılan zaman ödəyəcəklər. Yeni prosedurlarla bağlı daha ətraflı məlumat yaxın həftələrdə elan olunacaq.

ABŞ səfirliyinin konsulluq şöbəsi dekabrın 27-si 2012-ci ildən 3 yanvar 2013-cü ilədək viza xidmətlərini dayandıracaq. Fövqəladə hallarda səyahət üçün məhdud viza xidmətləri göstəriləcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG