Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 22:59

Azərbaycan ərazisində hava yağışlı olacaq


Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Bakıda və Abşeron yarımadasında dekabrın 5-dən 6-na keçən gecə bəzi yerlərdə yağış yağacağı, gündüz dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Arabir güclənən şimal-qərb küləyi gündüz cənub-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 6-9, gündüz 10-14 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında dekabrın 6-da hava şəraitinin bəzi yerlərdə yağış yağacağı, gecə dağlıq rayonlarda sulu qar, qar yağacağı ehtimalı var, gündüz əsasən yağmursuz keçəcək. Qərb küləyi əsəcək, gecə və səhər arabir güclənəcək.

Havanın temperaturu gecə 2-7, gündüz 10-15, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 8-13 dərəcə isti olacağı gözlənilir.

Dekabrın 6-ı gündüzdən hava şəraitinin sabitləşəcəyi, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG