Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 12:37

Misir prezidenti iqamətgahına dönüb


Misir prezidenti Mohammad Morsi bu gün Qahirədəki iqamətgahına dönüb.

Morsi dünən prezident sarayı ətrafında keçirilən kütləvi nümayişə görə, iqamətgahı tərk etmişdi.

Amma hələ də prezident sarayının qarşısında onlarla aksiyaçı var.
Nümayişçilər Morsinin istefaya getməsini tələb edirlər.

Buna səbəb bu günlərdə onun səlahiyyətlərini genişləndirməsi və yeni konstitusiya layihəsinin qəbul edilməsidir.
Müxalifət prezident və onun təmsil olunduğu “Müsəlman qardaşları” hərəkatını özlərinə müvafiq konstitusiya hazırlamaqda ittiham edir.

Yeni konstitusiya layihəsi dekabrın 15-də referenduma çıxarılacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG