Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 13:19

ABŞ 2-ci əsrə aid mozaikanı Türkiyəyə qaytardı


-
Dallasda yerləşən İncəsənət Muzeyi 2-ci əsrə aid mozaikanı könüllü Türkiyəyə qaytarıb.

Mozaikada lirada çalan Orfey vəhşi heyvanların əhatəsində təsvir olunub.

Xəbəri «The New York Times»ın ArtsBeat bloqu yayıb.

Xəbərdə qeyd olunur ki, muzey mozaikanın oğurluq olduğunu aydınlaşdıran kimi Türkiyə hökumətinə tələbnamə göndərib.

Dallas İncəsənət Muzeyi «Orfey»i 1994-cü ildə 85 min dollara «Christie's» Hərrac Evindən alıbmış.

2012-ci ildə muzeyə yeni təyin olunan direktor Maxwell L.Anderson əməkdaşlardan mənşəyi şübhəli eksponatların siyahısını tutmağı xahiş edib.

Qədim mozaikanın varlığı beləcə üzə çıxıb.

Sən demə, Türkiyə bu mozaikanı çoxdan axtarırmış.

Xəbərdə bildirilir ki, tələbnamənin cavabında Türkiyə qədim Edessa (Roma koloniyası olub) şəhərinin xarabalıqlarından oğurlanmış mozaikanın şəklini göndərib. Deyilənə görə, bu mozaika bir evin döşəməsini bəzəyirmiş.

Beləliklə, Dallas Muzeyi və Türkiyə hökuməti yeni bir əməkdaşlığın təməlini qoyub.
Bu əməkdaşlıq gələcəkdə Amerika muzeylərində türk muzeylərinin eksponatlarını sərgiləmək imkanı yaradacaq.

Bir neçə ildir ki, Türkiyə hökuməti ölkədən çıxarılmış sənət abidələrinə qarşı savaş açıb.
Ötən il Berlindəki Perqam Muzeyi Türkiyədən aparılmış Sfinksin qədim heykəlini 100 ildən sonra qaytarmağa məcbur qalıb. Çünki tələb ödənməzsə, Ankara alman arxeoloqları ölkəyə buraxmaqdan imtina etmişdi.

Bu ilin aprelində isə Türkiyə ABŞ-ın böyük muzeylərinə rəsmi ərizə göndərib qeyri-qanuni yolla aparılmış eksponatları geri verməyi tələb etmişdi.

Ərizənin cavabında Metropoliten Muzeyi bu eksponatları Avropa bazarlarından leqal yolla aldığını bəyan etmişdi.

Bu il Türkiyə dünyanın 7 möcüzəsindən biri olan Eşqin məbədini—«Mausolleum»u da Böyük Britaniyadan geri almağa hazırlaşır.

Artıq gələn ilin yanvarında Avropa Məhkəməsi bu işə baxacaq.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG