Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 21:23

Bakıda beynəlxalq dini forum keçiriləcək


Dekabrın 19-21-də Bakıda «Dövlət və din: dəyişən dünyada tolerantlığın gücləndirilməsi» beynəlxalq forumu keçiriləcək. Forumun təşkilatçıları Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Gənclər Forumudur.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən «Media forum» saytına daxil olan xəbərdə deyilir ki, müasir dövrdə dövlət qurumları ilə dini təsisatlar arasında mövcud əlaqələrin inkişaf perspektivlərinə həsr olunan forumun məqsədi dövlət-din münasibətlərinin tənzimlənməsində və dini tolerantlığın gücləndirilməsində beynəlxalq təcrübənin bölüşdürülməsidir.

Forumda müxtəlif ölkələrin din siyasəti ilə məşğul olan rəsmi şəxslərinin, dinşünasların, ilahiyyatçıların, politoloqların, tarixçilərin, beynəl¬xalq qurumların və qeyri-hökumət təşkilatlarının nümayəndələrinin, diplomatların iştirakı nəzərdə tutulur.
XS
SM
MD
LG