Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 09:51
Misir polisi Qahirədə, prezident sarayının ətrafında keçirilən aksiyanı dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib.

Toqquşma aksiyaçılar polis səddini yararkən baş verib.
Aksiyaçılar “xalq rejimin yıxılmasını istəyir” şüarları səsləndiriblər.

Həmçinin Təhrir meydanına minlərlə adam yığışıb.
Aksiyaçılar indiki prezident Muhammad Morsini ötən il keçmiş rejimin devrilməsi ilə nəticələnmiş inqilabı satmaqda günahlandırırlar.

Son etiraz aksiyalarına səbəb bu günlərdə prezident Morsinin səlahiyyətlərini genişləndirməsi və yeni konstitusiya layihəsidir.
Müxalifət Morsi və onun təmsil olunduğu “Müsəlman qardaşları” hərəkatını özlərinə müvafiq konstitusiya hazırlamaqda günahlandırır.

Günün bütün mövzuları

XS
SM
MD
LG