Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 00:15

Avropada seks üçün pul ödəmək cinayət sayıla bilər


Arxiv foto: Moskva küçələrində müştəri gözləyən fahişə. 25 aprel 2009

Arxiv foto: Moskva küçələrində müştəri gözləyən fahişə. 25 aprel 2009

Avropanın 200-dən çox qadın hüquqlarını müdafiə təşkilatı seksə görə pul ödəməyin cinayət sayılması üçün qanunlar hazırlanmasını tələb edir. Təşkilatçılar öz tələblərini dekabrın 5-də Brüsseldə Avropa Parlamentinin üzvlərinə çatdıracaqlar.

Kampaniyanın sözçüsü BBC-yə bildirib ki, “fahişəlik özü də zorakılığın bir formasıdır və gender bərabərliyini pozur. Bu, həmçinin də təşkilatlanmış cinayətkarlığa qapılar açır”.

Avropa Qadınları Lobbisinin sözçüsü Pierrette Pape fikrini bu arqumentlə izah edir:
“Bir şeyi anlamaq lazımdır ki, fahişəlik pul əvəzinə seksual əlaqədir və bunun özü zorakılığın bir növüdür. Fahişəlik probleminə ciddi yanaşmadan Avropa Birliyinin insan qaçaqçılığı ilə bağlı siyasəti işləməyəcək.”

Xanım Pape artıq Avropa Parlamentindən 36 deputatın onların təklifini dəstəklədiyini deyir.

Bu təklifin əleyhinə olanlar isə bildirirlər ki, fahişəliyin qadağan edilməsi zorlama risklərini artıra bilər. Beynəlxalq Seks İşçiləri Birliyi eyni zamanda əlavə edir ki, fahişəliyin qadağan olunması onun gizli fəaliyyət sahəsinə çevrilməsi kimi təhlükəli nəticələr verə bilər.

Hollandiya, Avstriya, Almaniya kimi Avropa ölkələrində fahişələr başqa biznes sahələri kimi dövlət qeydiyyatına alınıb öz xidmətlərini göstərirlər. Amma hazırda Avropa Birliyinin üzv dövlətlərdə fahişəliyi tənzimləyəcək yetkisi yoxdur. Sadəcə birlik ölkələrində insan qaçaqçılığının cilovlanmasına dair yeni qanunvericilik aktları gələn ildən qüvvəyə minəcək və rəsmilər həmin sənədlərin fahişəlik probleminə də təsir edəcəyini deyirlər.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG