Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 19:54

Müğənni pərəstişkarının ölümündə ittiham olundu


ABŞ-ın metal qrupu “Lamb of God”ın solisti Randy Blythe-ə qarşı rəsmi ittiham irəli sürülüb.
41 yaşlı müğənni qrupun pərəstişkarının ölümündə ittiham olunur.

2010-cu ildə Praqada konsert zamanı Blythe həmin pərəstişkarını səhnədən itələyib, o da yerə yıxılanda başından aldığı zədədən 14 gün keçəndən sonra ölüb.

41 yaşlı müğənni günahkar bilinsə, onu 5 ildən 10 ilə kimi həbs gözləyir.

Hazırda Praqa məhkəməsi ya məhkəmənin vaxtını təyin etməlidir ya da işi yenidən istintaqa göndərməlidir.

Müğənni deyir ki, Praqaya məhkəməyə gedəcək və orda özünü müdafiə edəcək.

“Lamb of God”ın meneceri Larry Mazer deyir ki, Blythe-in günahı yoxdur.

Onun sözlərinə görə, həmin konsert vaxtı təşkilatçılar təhlükəsizliyi təmin etməmişdilər.
Səhnə zaldan düzgün qaydada ayrılmamışdı.

Blythe bu il 5 həftə Çex həbsxanasında yatıb. Onu avqust ayında girov müqabilində azad ediblər.

Qrup o vaxt Praqaya konsertə gedirdi və xəbəri yox idi ki, Blythe-in həbsinə Çexiya order verib.

“Lamb of God” 2007-ci və 2011-ci illərdə Grammy nominasiyalarına layiq görülüb.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG