Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 09:48

174 ölkə İsraili nüvə silahlarının yayılmaması ilə bağlı müqaviləyə qoşulmağa çağırıb


BMT-nin Baş Assambleyası İsraili nüvə silahlarının yayılmaması ilə bağlı müqaviləyə qoşulmağa çağıran qətnamə qəbul edib.

Bazar ertəsi qəbul edilmiş sənəddə həmçinin İsrailin nüvə proqramının yoxlanılmasının vacibliyi qeyd olunur.

174 ölkə sənədin lehinə, 6 ölkə əleyhinə səs verib.
6 ölkə isə bitərəf qalıb.
Sənədin əleyhinə İsrail, ABŞ, və Kanada çıxıb.

Qətnamə yalnız məsləhət xarakteri daşıyır.
İsrail onda nüvə silahı olduğunu heç vaxt rəsmi şəkildə etiraf etməyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG