Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 22:03

Dəməşq və beynəlxalq hava limanı yaxınlığında döyüş gedir


Foto arxiv

Foto arxiv

Suriya üsyançılarının Dəməşq ətrafındakı məktəbi minaatanlardan atəşə tutduğu, 29 adamın öldüyü xəbər verilir.

Rəsmi SANA agentliyinin məlumatına görə, ölənlərdən 28-i şagird və müəllimlərdir.

NATO-nun baş katibi Anders Fogh Rasmussen isə bu gün Brüsseldə bəyan edib ki, Suriya rejiminin öz xalqına qarşı kimyəvi silah işlətmək cəhdinə təcili beynəlxalq reaksiya veriləcək.
Bundan əvvəl ABŞ prezidenti Barack Obama da eyni bəyanatla çıxış edib.

Suriya hakimiyyəti isə, heç vaxt öz xalqına qarşı kimyəvi silah işlətməyəcəyini bəyan edib.

Londonda fəaliyyət göstərən suriyalı hüquq müdafiəçiləri Dəməşqin ətrafı və beynəlxalq hava limanının yaxınlığında hökümət və müxalifət qüvvələri arasında ağır döyüşlər getdiyini xəbər verirlər.

Günün bütün mövzuları

XS
SM
MD
LG